
ER Xarici işlər nazirliyi Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ilə Türkiyənin Xarici işlər naziri Mövlut Çavuşoğlu arasında keçirilən görüşlə bağlı bəyanat yayıb.
Bu haqda ER Xarici İşlər Nazirliyinin yaydığı məlumalandırıb.
“Martın 12-də Antalya Diplomatik Forumu çərçivəsində ER Xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin Xarici işlər naziri Mövlut Çavuşoğlu arasında görüş keçirilib.
Nazir Mirzoyan dəvətə görə nazir Çavuşoğluya təşəkkür edib.
Xarici işlər nazirləri Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşdırılması və ilkin şərt olmadan mehriban qonşuluq münasibətlərinin qurulması prosesini həyata keçirməyə hazır olduqlarını təsdiqləyiblər. Onlar razılaşdılar ki, nizamlanma bütün region üçün lmühümdür.
Xarici işlər nazirləri bu prosesdə iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətini dəstəklədiklərini bildiriblər”.







