BaşlıcaSiyasət

azatutyun.am: “Fransa Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə müraciətinə cavab verməyə hazırdır”.

Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa Ermənistan hökumətinin dünənki “Ermənistan və Azərbaycan arasında davamlı sülhün təmin edilməsi üçün mümkün olan hər şeyi etmək” tələbinə cavab verməyə hazırdır.

Bu haqda  Fransanın Ermənistandakı səfiri Ann Luis “Liberty” radiostansiyasına verdiyi müsahibəsində deyib.

Xatırladaq ki, dünən ER Xarici İşlər nazirliyi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət etdiyini açıqlamışdı.

Fransa səfiri Fransa prezidenti Emanuel Makronun martın 9-da Parisdə keçirilən Erməni-Fransa Əməkdaşlıq Konfransında verdiyi bəyanatı təsdiqləyib və o, nəhayət, məqbul şərtlərin tapılması və sülhün bərqərar olunmasında tərəflərə kömək etməyə hazır olduğunu bildirib.

“Fransa prezidenti Emanuel Makron vurğulayıb ki, Ukraynadakı müharibə Ermənistan və Azərbaycan arasında baş vermiş əvvəlki münaqişəni bizə unutdurmamalı, biz mütləq bu problemi həll etməyə çalışmalıyıq” – deyərək  səfir bildirib.

Daha çox göstər
Back to top button