
Artsax Respubliaksının Ombudsmanı Geğam Stepanyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnyev Rau ilə görüşüb.
Ombudsman Azərbaycan tərəfindən həyata keçirilən koordinasiyalı, istiqamətləndirilmiş və ardıcıl etnik təmizləmə sistemini, habelə işğal olunmuş ərazilərdə erməni mədəni irsinin məhv edilməsi və vandalizm faktları, hərbi əsirlərə qarşı qanunsuz məhkəmələri və beynəlxalq humanitar hüququn digər pozuntuları təqdim etdi.
Geğam Stepanyan Artsaxdakı hazırkı humanitar vəziyyətə və Azərbaycanın həyata keçirdiyi ermənilərə qarşı siyasəti nəticəsində Artsax əhalisinin hüquqlarının pozulmasına toxunaraq Azərbaycanın hərni təcavüzü nəticəsindəyaranmış vəziyyəti vurğuladı.
Ombudsman insan hüquqlarının və beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasına ATƏT tərəfindən aydın, məqsədyönlü reaksiyanın olmaması ilə bağlı öz narazlığı bildirdi.
Geğam Stepanyan qeyd edib ki, son hadisələr göstərir ki, Artsaxda fundamental insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi üçün münaqişənin dərhal və hərtərəfli həlli tələb olunur.







