
Aprelin 5-də Artsax Respublikası parlamentinin növbədənkənar iclas keçirildi. Ona parlamentin sədri Artur Tovmasyan sədrlik edib.
İclasda Artsax Respublikasının Xarici işlər naziri Davit Babayan iştirak edib.
Gündəlikdə parlament deputatlarının təşəbbüsü ilə Artsax Respublikası parlamentinin bəyanatı olub.
Bəyanatın mətnini əsas məruzəçi qismində deputat Geğam Stepanyan təqdim edib.
Gündəlikdəki məsələ daha əvvəl baş komitənin iclasında müzakirə olunub, müsbət nəticə ilə növbədənkənar iclasın müzakirəsinə çıxarılıb.
Deputatlar Davit İşxanyan, Davit Qalstyan, Metakse Hakopyan və parlamentin sədri Artur Tovmasyan fikir mübadiləsi aparıblar.
Növbəti parlament, bəyanatı 29 lehinə səslə qəbul etdi.
Artsax Respuıikası parlamentinin bəyanatı:
Artsax Respublikasının parlamenti, Artsax xalqının əsas mandatına malik ən yüksək nümayəndəlik orqanı kimi, Artsaxın taleyi ətrafında geniş ictimai-siyasi dairələrin rəy və mövqeyini ifadə edərək, münaqişə ilə bağlı məsələlərdə ümumerməni səviyyədə ümummilli birlik formalaşdırmağa çağırır.
Biz əminik ki, Ermənistan və Artsax respublikaları Spyurkun (diasporun) erməni icmalarının tam dəstəyi ilə bir yumruğa çevrilərək milli maraqlarımızı müdafiə edərək regional çağırışlarla birgə müqavimət göstərə bilərik.
Geosiyasi reallıqların bu çətin dövründə, Rusiyanın sülhməramlı missiyasını devirməyə çalışan Azərbaycan müntəzəm olaraq erməni yaşayış məntəqələrini atəşə tutmaqda, qaz kəmərini partlatmaqda, vətəndə yaşayan dinc əhalini qorxutmağa çalışarkən, yeni əraziləri işğal etməkdə davam edərkən, Artsax parlamenti Artsax xalqının iradəsini və qətiyyətini bir daha təsdiqləyir.
1988-ci ildən başlanığıc alan tarixi vətənində azad yaşamaq hüququna əsaslanan milli-azadlıq mübarizəsi baxışını təstiq edir.
1991-ci il sentyabrın 2-də olan qətnaməyə daha sonra ümumxalq səsverməsi yolu ilə Artsax xalqı bütün beynəlxalq normalara uyğun olaraq Dağlıq Qarabağ (Artsax) Respublikasını yaratdı.
30 il ərzində biz hə qələbələr həm də, uğursuzluqlar keçirmişik. 2020- ci il sentyabrın 27-də bizə məcbur edilən 44 gün davam edən müharibə nəticəsində insan və ərazi itkiləri verdik.
Amma, bununla belə, heç kim bizi öz müqəddəratını təyin etmək, öz taleyimizə nəzarət etmək hüququndan məhrum edə bilməz.
Yaşamaq uğrunda mübarizəmizin bütün həlak olanların xatirəsi qarşısında baş əyərək, biz Artsax Respublikasının beynəlxalq səviyyədə tanınması və ərazi bütövlüyünün bərpası proseslərində sadiqliyimizi və ardıcıl olmağa hazır olduğumuzu bəyan edirik.
2020-ci ildə 44 günlük müharibədən sonra təhlükəsizlik mühitimiz əsaslı şəkildə dəyişdi və bölgədə yaradılmış kövrək sülh Artsax Müdafiə Ordusu və Rusiya sülhməramlı qüvvələrinin səyləri ilə qorunur.
Ötən il yarımın hadisələri göstərdiyi kimi, düşmənlərimiz erməniləri Artsaxdan çıxarmaq planını davam etdirirlər. İndiki şəraitdə Ermənistan Respublikasının Artsaxın təhlükəsizliyinə təminat vermək öhdəliyinin möhkəmləndirilməsi, ümumerməni birliyi mühitinin yaradılması yalnız vətəndə erməni xalqının gələcəyini təmin etmək üçün kifayət qədər şərait yarada bilər.
Hörmətli həmvətənlər!
Erməni dövlətçiliyinin mövcudluğunun və erməni xalqının təhlükəsizliyinin açarı Artsaxdadır.
Artsax Respublikası
Parlament.







