ER parlamentinin Avropaya inteqrasiya daimi komissiyasının sədri Arman Yeğoyan Frankofoniya Parlament Assambleyasının Avropa regionu nümayəndəlikləri başçılarının konfransında Ermənistan və Artsaxda təhlükəsizlik və humanitar böhranla bağlı məsələləri qaldırıb.
“2020-ci il sentyabrın 27-də dünya COVID-19 epidemiyası ilə mübarizə apararkən Azərbaycan muzdlu müttəfiqlərinin köməyi ilə Dağlıq Qarabağ ermənilərinə qarşı genişmiqyaslı hücuma keçdi.
Bəzi humanitar təşkilatlar və bəzi dövlət başçıları baş verənlərə çox tez düzgün qiymət verdilər, sanki bu kifayət deyil.
Vəziyyətə ilk reaksiya verənlərdən biri Fransa Prezidenti Emanuel Makron oldu və o, Azərbaycanın Suriyadan Dağlıq Qarabağa cihadçı qruplaşmalar köçürdüyünü açıq şəkildə bildirdi.
“Bizdə olan etibarlı məlumatlara görə, Suriyadan Qaziantep vasitəsilə Bakıya 300 yaraqlılar gəlib. Onlar tanınırlar, Hələb bölgəsində fəaliyyət göstərən cihadçı qrupları tərk ediblər”.
Human Rights Watch təşkilatı Azərbaycanın müharibə zamanı kasetli bombalardan istifadə etdiyini təsdiqləyib.
“Genocide Watch” xəbərdarlıq edib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisini məhv etmək niyyətindədir. (Sitat) “Azərbaycan işğal olunmuş ərazilərdəki erməni varlığını məhv etmək məqsədi ilə tanınmamış Dağlıq Qarabağ Respublikası və ya Artsax ərazisini işğal edib”.
“Bu yaxınlarda Avropa Parlamenti Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə erməni mədəni irsinin dağıdılmasını pisləyən qətnamə qəbul edib” – deyərək Arman Yeğoyan qeyd edib.
O, xatırladıb ki, Azərbaycan beynəlxalq hüququ kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb, şəhərləri bombalayıb, fosfor bombalarından istifadə edib, Azərbaycan irəliləyişindən sonra evlərini tərk etməyən qocalara haq-hesab tədbirləri görüb.
Arman Yeğoyan vurğulayıb ki, Azərbaycanın qaytarmaqdan imtina etdiyi Bakı həbsxanalarında onlarla erməni hərbi əsir hələ də saxlanılır.
“Və bu ağır günlərdə min illər boyu öz vətəni Dağlıq Qarabağda yaşayan erməni xalqı beynəlxalq birlikdən eyni dəstəyi almadı. Niyə?
Burada sual geosiyasətmi, yoxsa dəyərlər olub? Fərz etsək belə. səbəb geosiyasət olubdursa, hətta belə olan halda Dağlıq Qarabağdakı müharibə bu və ya digər şəkildə bu gün Ukraynada baş verənlərlə bağlı deyilmi?.
Bunu açıq sual olaraq qoyuram ki, bu barədə düşünə bilərsiniz.Bəs siz necə düşünürsünüz? hər hansı bir dövlət, hər hansı bir hökumət hər hansı bir əhalini öz doğma şəhərindən və kəndindən necə qovub çıxara bilər, hansı Avropa dövləti Avropanın cavabını almadan belə bir şey edə bilər?
Heç kim.Bəs Dağlıq Qarabağda bu niyə mümkün oldu?
Bu başqa bir məsələdir ki, bunu açıq buraxıram və bu barədə düşünməyi təklif edirəm”- deyərək Arman Yeğoyan yekunlaşdırıb.







