
Aprelin 4-də YUNESKO-nun İcraiyyə Şurasının plenar iclasında Ermənistan Respublikasının daimi nümayəndəsi, səfir Kristian Ter-Stepanyan çıxış edib.
Səfir öz çıxışında Azərbaycanın bu günlərdə həyata keçirdiyi və Artsax ermənilərinin həyati hüquqlarını, o cümlədən təhsil hüququnu pozan təxribat xarakterli hərəkətlərə toxunub. Qeyd olunub ki, Azərbaycan tərəfi Dağlıq Qarabağı qazla təmin edən kəmərinin bərpasına icazə verməyib, bunun nəticəsində də Artsaxın dinc əhalisi soyuq qış havasında əsl humanitar fəlakətə üzləşib.
Səfir Kristian Ter-Stepanyan martın 24-25-də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın mülki infrastrukturunu bombalaması və Dağlıq Qarabağın Parux kəndinə zorla girməsi ilə bağlı narahatlığını ifadə edib və beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda vəziyyətin kəskinləşməməsi üçün tədbirlər görməyə çağırıb.
Səfir vurğuladı ki, Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinə qarşı zorakılıq və hədə-qorxu siyasətinin əsas məqsədi etnik təmizləmədir. Səfir Artsaxın işğal olunmuş ərazilərdə Azərbaycan tərəfinin törətdiyi vandalizm aktlarını da təqdim etdi.
Bildirilib ki, artıq bir ildən artıqdır ki, Azərbaycan YUNESKO-nun ekspert missiyasının Artsaxda həyata keçirilməsinə mane olur.







