
Rusiya və Ermənistan iki ölkə liderləri arasında təmasların hazırlanmasını müzakirə ediblər. Bu haqda Rusiyanın Xarici işlər naziri Sergey Lavrov cümə günü Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Biz Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında sarsılmaz etibarlı müntəzəm siyasi dialoqu yüksək qiymətləndiririk.
Təkcə bu il onların çox güman ki, onlarla telefon danışığı olub. Yaxın gələcəkdə üz-üzə ünsiyyət bərpa olunacaq. Biz bu cür təmaslara hazırlıq işlərini aparırıq”- deyə o, bildirib.
RF Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın əvvəlki görüşü 2021-ci il noyabrın 26-da Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli danışıqları çərçivəsində keçirilib.







