Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi bəyanat yayıb:

Bəyanatda deyilir:
“Ermənistanda rusdilli biznes mühitinin aktivləşməsi və investisiyalar fonunda Ermənistan Respublikasına rusdilli vətəndaşların axını da güclənib.
Sonuncular Ermənistanda uşaqlar üçün rus dilində təhsil imkanları ilə xüsusilə maraqlanır. Ermənistanda müvafiq təhsil və biznes mühitinin təmin edilməsi, eləcə də mövcud vəziyyəti təhlil etmək üçün biz erməni məktəblərində, o cümlədən yuxarı siniflərdə rus dilində təhsilin genişləndirilməsini təklif etmişik.
İstəyə görə dərslərin sayı əsasən Rusiya Federasiyası, eləcə də digər xarici vətəndaşlar üçün nəzərdə tutulub.
Ermənistan Respublikası hökuməti dövlət məktəblərində rus dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılmasına önəm verir.
Bununla əlaqədar, Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi rus dilində dərsliklərin məzmununun erməni standartlarına uyğun hazırlanması, inkişaf etdirilməsi üçün lazımi yardım alacağını gözləyir. müəllim hazırlığı proqramı və təlim kursları keçirmək fikrindədir.







