
Ermənistanın Atom Elektrik Stansiyasının (AES) ikinci enerji bloku illik profilaktik təmir (PPR) üçün dayandırılıb. Təmir işləri 73 gün davam edəcək.
Cari ildə nüvənin qismən yüklənməsi ilə reaktorun təmiri, 4 və 5 nömrəli baş sirkulyasiya nasoslarının təmiri, 1 və 6 nömrəli əsas sirkulyasiya nasoslarının cari təmiri, 4 və 5 nömrəli buxar generatorlarının əsaslı təmiri, turbogeneratorların orta təmiri nəzərdə tutulub.
İşə yerli işçilər, o cümlədən Rusiya, Xorvatiya, Slovakiya, Çexiya və digər ölkələrdən AES sistemlərinin və avadanlıqlarının təmirində böyük təcrübəyə malik olan mütəxəssislər cəlb olunub.
İkinci enerji blokunun istismara verilməsi 28 iyun 2022-ci il tarixinə planlaşdırılır.







