ArtsaxBaşlıcaSiyasət

Endryu Şofer Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisidir: ABŞ səfirliyi

Endryu Şofer ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisidir. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi “Azatutyun”un yazılı sorğusuna cavab olaraq bildirib.

“Bu vəzifədə onun öhdəliklərinə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərmək və Gürcüstan-Rusiya münaqişəsi üzrə beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinə rəhbərlik etmək daxildir”, – səfirliyin bəyanatında deyilir.

Səfirlikdən onu da bildirilir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir.

Endryu Çofer bu həftənin əvvəlindəYerevanda Ermənistan rəsmiləri ilə görüşlər keçirib. ABŞ Dövlət Departamentinin sözçüsü Endryu Şoferin bölgəyə hansı vəzifədə səfər etdiyini söyləməkdə çətinlik çəkib.

Amerikanın Ermənistandakı səfirliyinin cavabında onu da qeyd olunub ki, Amerika Birləşmiş Ştatlar bu səylərdə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycana kömək etməyə hazırdır.

Daha çox göstər
Back to top button