BaşlıcaSiyasət

Tehran Bayramov, Çavuşoğlu və Abdullahian arasında danışıqlara hazırlaşır

Tehran Bayramov, Çavuşoğlu və Abdullahian arasında danışıqlara hazırlaşır

İran, Azərbaycan və Türkiyə XİN başçılarının növbəti görüşü Tehranda keçiriləcək. Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Bildirib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında çoxlu müştərək layihələr var: “İki ölkə arasında, xüsusilə son 10 ayda çoxlu müştərək layihələr haqqında razılıq əldə olunub. Ümid edirəm ki, tez bir zamanda bu müştərək layihələrin icrasının şahidi olacağıq”.

İki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin gözlənildiyini bildirən Səid Xətibzadə qeyd edib ki, prezidentlərin də qarşılıqlı səfərləri üçün dəvət ünvanlanıb.

“Həm nazirlər və həm də digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri hazırda gündəmdədir. Ümid edirik ki, bu səfərlər əldə olunan sazişlərin icrasını daha da tezləşdirəcək” – deyə İranın XİN rəsmisi vurğulayıb.

Daha çox göstər
Back to top button