BaşlıcaBeynəlxalqSiyasət
RF Ermənistanın Ukrayna məsələsində tutduğu balanslı mövqeyini yüksək qiymətləndirir

Rusiya Ermənistanın Ukrayna məsələsində tutduğu balanslı mövqeyini yüksək qiymətləndirir.
Bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.
“Erməni və azərbaycanlı tərəfdaşlarımızın Ukrayna ətrafındakı vəziyyət üzrə Qərbin apardığı misli görünməmiş anti-Rusiya kampaniyası ilə bağlı balanslı mövqeyini qeyd edirik. Biz Azərbaycan və Ermənistan rəhbərliyinin xarici qüvvələrin hansı təzyiqi ilə üzləşdiyini yaxşı bilirik. Biz Bakı və Yerevanın xarici siyasət yürüdərkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmalarını yüksək qiymətləndiririk”- deyə Qonçar vurğulayıb.







