
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri zamanı Ermənistan üçün güzəştli qaz qiymətlərinin saxlanılması barədə razılıq əldə olunub.
Bu barədə Rusiya Xarici işlər nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.
“ER Baş nazirinin səfəri çərçivəsində enerji sahəsində əməkdaşlığa dair sənədlər paketi imzalanıb. Artıq Rusiya-Ermənistanın müvafiq idarələri sazişlərin icrasına başlayıblar.
Biz qazın güzəştli qiymətini erməni dostlar üçün saxlamağa razılaşdıq”- deyərək Qonçar bildirib.
Rusiya Xarici işlər nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktorunun sözlərinə görə, “Qazprom Armenia” ölkənin “mavi yanacağa” tələbatının 80%-ni ödəyir.
“Qazprom”un iqtisadiyyatına investisiyaların həcmi 800 milyon dolları ötür” – deyərək Qonçar əlavə edib.







