
Azərbaycanlı deputat “Sputnik-Azərbaycan”ın agentliyinin fəaliyyətinin dayandırılmasını tələb edib.
Milli Məclisdə deputat Vahid Əhmədov Azərbaycan saytlarına Rusiyada qadağa qoyulmasına münasibət bildirib:
“Amma Azərbaycanda “Sputnik-Azərbaycan” agentliyi fəaliyyət göstərir. Bu yaxınlarda da Abxaziyada, Osetiyada fəaliyyət göstərən bir generalı gətirib bu kanala rəhbər təyin ediblər. Bu kanalın, agentliyinin fəaliyyəti dayandırılmalıdır. Mən buradan Media Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm. “Sputnik-Azərbaycan”-nın fəaliyyəti araşdırılsın və bu agentliyin fəaliyyəti Azərbaycanda qadağan edilsin”.







