Başlıcaİctimaiyyət

Ermənistan vətəndaşlığını almaq istəyənlərin sayı təxminən 3 dəfə artıb

Əvvəlki illə müqayisədə Ermənistanın vətəndaşlığını almaq istəyənlərin sayı təxminən üç dəfə artıb. Bu barədə Polis rəisinin müavini Ara Fidanyan bildirdi.

Ara Fidanyanın sözlərinə görə, 2021-ci ildə 8591 nəfər Ermənistan Respublikasının vətəndaşlığı üçün müraciət edib, onlardan 1611 müraciət birinci rübdə edilib.

2021-ci ilin yanvarın 1-dən aprelin 20-dək 1898, fevralın 24-dən aprelin 20-dək isə 941 müraciət daxil olub.

2022-ci ilin birinci rübdə 3206, yalnız yanvarın 1-dən aprelin 20-dək 4696, fevralın 24-dən aprelin 20-dək isə 3278 müraciət daxil olub.

“Yəni, ötən illə müqayisədə bu il Ermənistan Respublikasının vətəndaşlığını almaq istəyənlərin sayı təxminən üç dəfə artıb”, – Fidanyan bildirib.

Daha çox göstər
Back to top button