Başlıcaİctimaiyyət

Ermənistanda saxlanılan Azərbaycan əsilli şəxs yoxdur: BQXK

Ermənistanda saxlanılan Azərbaycan əsilli şəxs yoxdur. Bunu jurnalistlərə açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib, APA agentliyi məluamt yayıb.

Onun sözlərinə görə, hazırda tərəflərdə Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur, lakin 2020-ci ildə baş verən münaqişə zəmində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir: “Həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində 90-ci illərdən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var. Lakin hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 90-ci illərdə saxlanılan şəxslər yoxdur”.

Daha çox göstər
Back to top button