BaşlıcaSiyasət

Düşənbədə Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

12 mayda Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Ararat Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli çərçivəsində Artsax ermənilərinin təhlükəsizliyi, onların hüquq və azadlıqlarının təminatı, eləcə də Dağlıq Qarabağın statusu ilə bağlı erməni tərəfinin mövqeyini bir daha təsdiqlədi.

Ermənistan xarici işlər naziri həmçinin 44 günlük müharibənin yaratdığı humanitar problemlərin təcili həllinin vacibliyini, o cümlədən erməni hərbi əsirlərin dərhal vətənə qaytarılmasının vacibliyini vurğulayıb.

Daha çox göstər
Back to top button