Başlıcaİctimaiyyət

Gürcüstanda azərbaycanlılar məscid tikintisinə icazənin verilməməsi səbəbi ilə etiraz aksiyası keçiriblər

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Axlı Lələ kənd sakinləri məscid tikintisinə icazənin verilməməsi səbəbi ilə etiraz aksiyası keçiriblər.

Qeyd olunur ki, sakinlər bir ildən çoxdur ki, kənddə məscidin tikintisinin qarşısının alınması məqsədilə süni əngəllərin yaradıldığını bildiriblər.

Etirazçıların sözlərinə görə, bu günədək istər Marneuli meriyası, istərsə də digər aidiyyəti orqanlara dəfələrlə şifahi və yazılı şəkildə müraciət edilərək məscidin tikintisi üçün icazə istənilib, lakin bir sıra süni problemlər əsas gətirilərək tikinti işləri dayandırılıb.

Daha çox göstər
Back to top button