BaşlıcaBeynəlxalqİctimaiyyət

AİHM Azərbaycandan göndərilmiş 7 ərizə üzrə 3 qərarı elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 25-də Azərbaycandan göndərilmiş 7 ərizə üzrə 3 qərarı elan edib.

Qərarlar mahiyyəti üzrə deyil, hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.

“Hümeyir Əhmədov Azərbaycana qarşı” məhkəmə işi hüquq-mühafizə orqanlarının ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

İşdə tərəflər dostca anlaşıb. Anlaşmaya əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görəsə 1000 avro ödəməlidir.

“Rəşad Niftəliyev və başqaları Azərbaycana qarşı” işdəki 5 ərizəçi “Yehova Şahidləri” dini icmasının üzvləridir.

Qərara görə, ərizəçilərin hər birinə 3 min avro (cəmi 15 min avro) ödənilməlidir.

“Hüseynov və Mirqasımova Azərbaycana qarşı” işi ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icra edilməməsi ilə bağlıdır.

Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıb. nlaşmaya əsasən, hökumət ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icrasını təmin etməli və birinci ərizəçiyə 2350, ikinci ərizəçiyə isə 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir.

Daha çox göstər
Back to top button