
İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri yaxın gələcəkdə İran və Ermənistan arasında qaz mübadiləsi şəklində yeni əməkdaşlığı mümkün hesab edir.
“Texniki-peşəkar məsələlər var ki, onları müvafiq mütəxəssislər öyrənir, müzakirə edirlər. Onlar bitməmiş nəsə deməyimiz düzgün olmazdı. Texniki və peşəkar nəticələri gözləyək, amma nəticə nə olursa olsun, belə olacaq, hər iki ölkənin xeyrinədir”- deyərək səfir jurnalistlərə bildirib.
O, əlavə edib ki, Ermənistanda keçirilən 17-ci Ermənistan-İran hökumətlərarası iclasında iki ölkə arasında müzakirə olunan mühüm mövzulardan biri enerji sektorunda sazişlər olub, onun bir hissəsi qaz mübadiləsinə aiddir.
İranın neft naziri Cavad Oci ölkəsinin Türkmənistan qazını SWOP sistemi ilə Ermənistana nəql etməyə hazır olduğunu bəyan edərək, Türkmənistandan Ermənistana qaz nəqli ilə bağlı danışıqların başlandığını qeyd edib.
Danışıqlar zamanı qaz, neft-kimya məhsullarının ixracının artırılması, qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı ilə bağlı yaxşı razılaşmalar əldə olunub.
2004-cü ildə Ermənistan və İran arasında qaz-elektrik mübadiləsi sazişi imzalanıb ki, bu müqavilə İranın Ermənistana 20 il ərzində qaz ixracına imkan verir və bunun müqabilində İran Ermənistandan elektrik enerjisi idxal edir.







