2022-ci il 1 iyuldan etibarən Ermənistanda mənzillər və avtomobillər yalnız nağdsız ödənişlə əldə edilə bilər. Bunu ER Baş naziri Nikol Paşinyan mayın 31-də Parlamentdə 2021-ci il dövlət büdcəsinin icrasının ilkin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, alışlar nağd şəkildə də aparıla bilər, lakin bu halda onların hüquqi müdafiəsi olmayacaq.
“Yəni, hər hansı əmlak mübahisəsi olarsa, belə əməliyyatlar etibarsız sayılacaq. Bu, pul dövriyyəsinin şəffaflığının artırılması və vergilərin daha dəqiq ödənilməsi üçün edilir”- deyə Paşinyan izah edib.







