İctimaiyyət
Gürcüstan ilk dəfə olaraq Dünya Turizm İqtisadi Forumunun ilk 50-liyində yer alıb

Gürcüstan ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunun (WEF) “Səyahət və Turizmin İnkişafı İndeksi 2021” reytinqində göstəricilərini 24 pillə yaxşılaşdıraraq 50 ən yaxşı ölkə siyahısına daxil olunub.
Siyahıda Gürcüstan 44-cü yerdədir. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə ölkə 68-ci yerdə idi. Bu il Gürcüstan Ermənistan, Azərbaycan və Türkiyəni qabaqlayaraq qonşuları arasında ən yaxşısıdır.
Səyahət və Turizmin İnkişafı İndeksi 2007-ci ildən etibarən Dünya İqtisadi Forumu tərəfindən iki ildən bir hazrılanır.







