
“İyulun 1-dən Yerevanın tibb mərkəzlərində xidmətlərdən istifadə zamanı tamamilə nağdsız üsula keçid qüvvəyə minəcək, bununla da şəffaflıq və nağd pulun azaldılması baxımından bu sahədə böyük addım atılır”- deyə ER səhiyyə naziri Anahit Avanesyan iyunun 2-də hökumətin iclasında tibb mərkəzlərində ödənişlərin nağdsız həyata keçirilməsinə toxunaraq qeyd edib.
Baş nazir qeyd edib ki, ilkin mərhələdə ictimaiyyət müəyyən diskomfort hiss edəcək. Onun sözlərinə görə, nağd pul dövriyyəsinin azalması iqtisadi təhlükəsizliyə də çox mühüm təsir göstərir.







