
İyunun 10-da Yereavnda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə KTMT-nin baş katibi Stanislav Zasın iştirak edəcəyi KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
İclas zamanı beynəlxalq və regional təhlükəsizlik, KTMT-nin böhrana cavab mexanizmlərinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
İclasın yekunu olaraq KTMT-yə üzv dövlətlərin nümayəndələrinin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə 2022-2024-cü illər üçün məsləhət proqramın imzalanması planlaşdırılır.







