
İyunun 21-də komandir heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi və kəskin dəyişən vəziyyət şəraitində məqsədyönlü qərarların qəbul edilməsi məqsədilə N saylı hərbi birləşmənin hərbi hissələrindən birinin rəhbərliyinin iştirakı ilə qərargah məşğələləri keçirilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin qeyd olunub ki, iyunun 21-də N saylı hərbi birləşmənin hərbi hissələrindən birinin hərbi qulluqçuları ilə döyüş atışlı atəş təlimi keçirilib.
Hərbi qulluqçulara təhlükəsizlik qaydalarına riayət edilməsi tapşırılıb. Atəş hazırlığı, xidməti silahlardan atəş açma bacarıqları yoxlanılıb.







