Başlıcaİctimaiyyət

“Yuxarı Lars” keçid məntəqəsindən yüklərin keçirilməsi imkanları ciddi şəkildə genişləndiriləcək։ RF Dövlət Dumasının vitse-spikeri

Ermənistandan Rusiyaya yüklərin “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə keçirilməsi imkanları yaxın vaxtlarda ciddi şəkildə genişləndiriləcək. Bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Aleksey Gordeyev iyunun 28-də Yerevanda jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Rusiyanın baş naziri və müvafiq nazirlik və ali idarəçiliklər tərəfindən qərar qəbul edilib, iki ölkənin Ekonomika nazirlikləri arasında dialoq aparılır. “Yuxarı Lars” keçid məntəqəsi ilə bağlı məsələlər Ermənistan nümayəndələrinin həm Parlament, həm də hökumət səviyyəsində sorğusuna cavabımız kimi müzakirə olunub”, – deyə deputat əlavə edib.

Xatırladaq ki, Gürcüstanda iki gündür ki, “Yuxarı Lars” keçid məntəqəsi ərazisində leysan yağıb. Nəticədə keçid məntəqəsinə gedən yeganə yolun bir hissəsi dağlardan axan su səbəbindən dağılıb.

Daha çox göstər
Back to top button