
“Zəngəzur dəhlizi”nin açılması Azərbaycan, Türkiyə və Pakistan üçün yeni imkanlar yaradacaq. APA-nın İstanbuldan verdiyi xəbərə görə, bu haqda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə, Azərbaycan və Pakistan parlamentləri sədrlərinin ikinci üçtərəfli görüşü ərzində bəyan edib.
O qeyd edib ki, üç ölkənin xalqlarını sıx tarixi və mədəniyyət bağlar birləşdirir.
Maraqlıdır ki, Şentop bir dəfə də Ermənistanın adını çəkmədən “Zəngəzur dəhlizi” haqqında danışa bilib.







