
Azərbaycanın tərkibindəki Artsaxın yalnız bir gələcəyi var:ermənilərdən təmizlənmə, məhv edilmə və soyqırımı. Bu barədə Artsax Respublikasının Xarici işlər naziri Davit Babayan öz Facebook səhifəsində yazıb.
O, xüsusilə qeyd edib: “Azərbaycan prezidentinin köməkçisi Hacıyev bəyan edib ki, azərbaycanlılarla ermənilər bir ölkənin vətəndaşları kimi yan-yana yaşaya bilərlər.
Əvvəla, ermənilər və azərbaycanlılar bir ölkənin daxilində yaşaya bilər, lakin həmin ölkə ancaq üçüncü ölkə ola bilər, məsələn, Rusiya, ABŞ, İsveçrə və s.
Bizdə belə nümunələr var, baxmayaraq ki, Azərbaycan hər şeyi edir ki, hətta üçüncü ölkədə də azərbaycanlılar ermənilərə düşmən münasibətini bəsləyir və biz bunu müxtəlif ölkələrdə görürük.
Amma əgər bu halda söhbət Artsax və Azərbaycandan gedirsə, o zaman biz Azərbaycanın bir hissəsi ola bilmərik, çünki Artsaxın Azərbaycanın bir hissəsi kimi yalnız bir gələcəyi var: ermənilərdən təmizlənmə, məhv edilmə və soyqırımı”.







