BaşlıcaSiyasət

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməlidir: Tatoyan

Ermənistan məhkəmənin yurisdiksiyasını tanıyaraq Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməlidir. Bu, Azərbaycanın ER-ya qarşı təcavüzü və kütləvi cinayətləri şəraitində edilməlidir.

Bu barədə Ermənistanın sabiq Ombudsmanı Arman Tatoyan Facebook-da yazıb.

O qeyd edib ki, Azərbaycan prezidenti, xüsusi xidmət orqanlarının və ordunun rəhbərləri beynəlxalq cinayət məsuliyyətinə və cəzaya məruz qalmalıdırlar.

“Onların beynəlxalq mühakimə olunması bu davam edən soyqırım siyasətinin qarşısını alacaq. Məsələ indi aktual olduğu üçün indiki məqamda Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıya, sonra isə lazımi şərtləri həll etməklə məhkəmənin nizamnaməsini də ratifikasiya edə bilərik.

Məhkəmənin yurisdiksiyasını müvəqqəti olaraq tanıya bilərik, lakin bu dərhal edilməlidir. Bunun üçün bütün əsaslar var və məhkəmənin nizamnaməsi də bu imkanı verir”,-deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button