Ombudsman Azərbaycanın Ermənistana silahlı hücumunun nəticələri ilə bağlı hesabat dərc edib

ER Ombudsmanı Azərbaycanın Ermənistan Respublikasına silahlı hücumunun nəticələri haqqında fövqəladə hesabat dərc edib.
Ombudsman hesabatda Azərbaycan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayətləri ümumiləşdirib və təhlil edib, məcburi köçkünlərin, təcili tibbi yardım maşınlarının və jurnalistlərin hədəfə alınması, uşaqların və əlillərin hüquqlarının pozulması faktlarını, habelə mülki əhalinin və həyati əhəmiyyət kəsb edən infrastrukturların hədəfə alınması, əmlaka və ətraf mühitə dəyən zərər faktlarını sənədləşdirib.
Hesabatda erməni hərbçilərə qarşı işgəncə və qeyri-insani rəftara məruz qalma, habelə həlak olan hərbçilərin cəsədlərinin işgəncələrə məruz qalması faktları təhlil edilərək səlahiyyətli beynəlxalq təşkilatlara və subyektlərə təqdim edilib.







