BaşlıcaSiyasət

Xİ naziri Azərbaycanın genişmiqyaslı təcavüzü nəticəsində yaranmış vəziyyəti BMT Baş katibinin müavininə təqdim edib

Sentyabrın 23-də ER Xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT-nin siyasi və sülhməramlı işlər üzrə Baş katibi Rozmari DiKarlo ilə görüşüb.

Xarici işlər nazirliyindən verilən məlumata görə, Ararat Mirzoyan Azərbaycanın Ermənistanın suveren ərazisinə başladığı genişmiqyaslı təcavüz nəticəsində yaranmış vəziyyəti təqdim edib.

Nazir A.Mirzoyan Azərbaycan silahlı qüvvələri tərəfindən törədilmiş çoxsaylı beynəlxalq humanitar hüquq pozuntularını və hərbi cinayətləri yolverilməz hesab edərək, onlara müvafiq qiymət verilməli olduğunu vurğulayıb.

ER Xarici siyasət idarəsinin rəhbəri təcavüzkarın beynəlxalq ictimaiyyət tərəfindən birbaşa və aydın şəkildə pislənməsinin zəruriliyini vurğulayaraq, dolayı cavabların Azərbaycanın yeni təcavüzləri üçün münbit zəmin hazırladığını qeyd edib.

 O baxımdan Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının təcili sessiyası zamanı verdiyi hədəf qiymətləndirmələri xüsusi qeyd edib.

Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün Birləşmiş Millətlər Təşkilatının iştirakının artırılmasının mümkün mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

Ararat Mirzoyan və Rozmari DiKarlo həmçinin Ermənistan-BMT əməkdaşlığının gündəliyi, Ermənistanda demokratik islahatlarla bağlı məsələləri müzakirə ediblər.

Daha çox göstər
Back to top button