ArtsaxBaşlıcaSiyasət

Ceki Spier Azərbaycanın hərbi cinayətlərini və barbarlıqlarını pisləyən qətnaməni rəsmən təqdim edib

ABŞ Konqresinin üzvü Ceki Spier, Konqresin Erməni İşləri Komitəsinin üzvləri Adam Şiff, Frenk Fallon və Anna Eşu ilə birlikdə Azərbaycanın Ermənistana və erməni xalqına qarşı barbarlıqlarını və hərbi cinayətlərini pisləyən qətnaməni rəsmən təqdim edib.

“Çox uzun müddətdir ki, Azərbaycan hərbçilərin cəsədlərinin təhriq edilməsindən tutmuş başlarının kəsilməsinə, tibb müəssisələrinin və dini obyektlərin qəsdən hədəfə alınmasına qədər cəzasız olaraq erməni hərbçilərinə və mülki şəxslərə qarşı vəhşiliklər törədib. Azərbaycan fundamental insan və beynəlxalq hüquqları dəfələrlə pozub.

Əliyev hökuməti Cenevrə Konvensiyasının pozulmasına, onun qüvvələrinin erməni hərbçilərə və mülki insanlara qarşı törətdiyi vəhşiliklərə görə məsuliyyətə cəlb olunmalıdır.

Qətnamədə həmçinin Azərbaycan silahlı qüvvələrinin 2022-ci ilin sentyabrın 13-də Ermənistanın suveren ərazisinə qarşı törətdiyi hücuma da toxunulub. Bu, Azərbaycanın 2020-ci ildə Artsaxa qarşı genişmiqyaslı hücumunun və hərbi cinayətlərin təkrarıdır.

Qətnamədə 2020-ci ildə Azərbaycanın Artsaxa qarşı törətdiyi hücuma da toxunulub. Qeyd olunub ki, Azərbaycanda qanunsuz olaraq 100-dən çox erməni hərbi əsi var, bu 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin kobud şəkildə pozulmasıdır. Qətnamədə Azərbaycanın sabitliyi pozan hərəkətləri, o cümlədən müharibə cinayətləri pislənir.

Qətnamə ABŞ prezidenti Co Bayden administrasiyası bu ölkənin təcavüzünə və hərbi cinayətlərinə cavab olaraq Azərbaycana qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırır.

Daha çox göstər
Back to top button