BaşlıcaSiyasət

Erməni hərbi əsirlərin güllələnməsi videosu ilə bağlı Bakıya qarşı beynəlxalq məhkəmələrə şikayətlər veriləcək

Azərbaycan əskələri  tərəfindən erməni hərbi əsirlərin atəşə tutulması və videogörüntü ilə bağlı Avropa və BMT-nin Beynəlxalq Ədalət Məhkəmələrinə Bakıya qarşı apellyasiya şikayətləri veriləcək.

Bu haqda “Facebook” səhifəsində Ermənistan Respublikasının beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinin mətbuat katibi Hasmik Samvelyan məlumatlandııb.

“Bir çox KİV-nin  nümayəndələrinin zəng və mesajlarına cavab olaraq:

Beynəlxalq Hüquq məsələləri üzrə nümayəndəlik bu gün səhər saatlarında Telegram kanallarında yayılan və erməni əsirlərin güllələnməsinin göründüyü video ilə məşğul olur.

Bu faktiki müharibə cinayətidir.

Məlumat üçün bildirim ki, hazırda müvafiq strukturlarla işləyirik.

Faktları və açıq-aydın sübutlarla müşayiət olunan materiallarla müqayisə edərək, səhər biz Avropa və BMT-nin Beynəlxalq Ədalət Məhkəmələrinə Azərbaycana qarşı yeni ərizələr təqdim edəcəyik” – deyərək  ER beynəlxalq hüquqi məsələlər üzrə nümayəndənin  sözçüsü yazıb.

Daha çox göstər
Back to top button