Başlıcaİctimaiyyət
Hansı rus milyarderlər Rusiya vətəndaşlığından imtina edib?

Rusiyalı milyarder Yuri Milner Rusiya vətəndaşlığından imtina edib. O, Twitter hesabında 2014-cü ildə Rusiyanı tərk etdiyini açıqlayıb və bu yay ailəsi ilə birlikdə Rusiyanı tərk etmək prosesini başa vurub.
“DST Global” şirkətinin rəhbəri Milner 7,3 milyard dollar sərvəti ilə rusiyalı milyarderlərin ilk 15-liyindədir. O, öz kapitalını yüksək texnologiyalar sektoruna sərmayə qoymaqla əldə edib.
Milner Rusiya vətəndaşlığından imtina edən üçüncü rus milyarderidir. Ondan əvvəl “Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov (2,4 milyard dollar) və erməni biznesmen Ruben Vardanyan (1 milyard dollar) Rusiya pasportlarından imtina ediblər.







