
Ermənistanla Azərbaycan arasında gərgin sərhəd vəziyyətinin nizamlanması üçün Qərbdən konkret təkliflər yoxdur, lakin tərəflərə dəstək üçün səylər göstərilir.
Bu haqda Ermənistan Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərlə keçirdiyi brifinqdə Qərbdən konkret hansı təkliflərin gəlməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Qərbdən konkret təklif yoxdur, ancaq hər iki tərəfi dəstəkləmək səyləridir”- deyərək nazir müavini bildirib.
Bakının sülh müqaviləsi ilə bağlı təqdim etdiyi təkliflərdən danışan nazir müavini xatırladıb ki, təqdim olunan təkliflərdə Ermənistan tərəfi üçün prinsipial olaraq qəbuledilməz məqamlar yoxdur.
Həmin təkliflər tam deyil, ona görə də erməni tərəfi öz təkliflərini təqdim edib. Hazırda iş gedir. Prosesin hər iki tərəfindən təsdiqlənib ki, o, ilkin şərtsiz gedir, məntiq qorunur” – deyərək Hovhannisyan bildirib.







