
ER parlamentinin Parlamentlərarası İttifaqın nümayəndə heyətinin üzvü Hasmik Hakopyan Parlamentlərarası İttifaqın 145-ci Assambleyasında çıxış edib.
Aşağıda çıxışı təqdim edirik:
“Hörmətli həmkarlar, mən ərazi baxımından kiçik, lakin dünyaya Şarl Aznavur, Uilyam Saroyan, dünyanın ilk qadın diplomatı Diana Abqar və başqaları kimi görkəmli insanları bəxş etmiş Ermənistan Respublikasını təmsil edirəm.
Ermənistanda önəmli məsələlərdən biri ictimai həyatda qadın və kişi bərabərliyidir. Ermənistan parlamentindəki 103 deputatdan 38-i qadındır. Ancaq bu gün bu məsələyə toxunmayacağam.
Mən erməni qadınının döyüş meydanındakı rolundan danışacağam.
Sentyabrın 13-də Azərbaycan Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı hərbi cinayətlər, mülki əhalinin və infrastrukturun qəsdən hədəfə alınması, beynəlxalq və humanitar hüququn kobud şəkildə pozulması halları ilə müşayiət olunan yeni təcavüzə başlayıb.
Əsir düşən hərbçilərə işgəncə verilməsi, məhkəməsiz qətllər və erməni hərbi əsirlərə qarşı amansız rəftarla bağlı çoxlu ifadələr var.
Erməni qadın hərbçilərin cəsədləri vəhşicəsinə şikəst edilib, soyunub, sonra Azərbaycan hərbçiləri tərəfindən videoya çəkilərək sosial şəbəkələrdə yayımlanıb.
Bu vəhşilikləri əks etdirən videolarda qadın hərbiçilər də daxil olmaqla, şikəst edilmiş və başları kəsilmiş erməni hərbiçiləri göstərilir.
Videoda erməni hrbiçinin həyat yoldaşı çılpaq, hər iki əli və ayaqları kəsilmiş haldatəsvir olunur. Onun bir gözünü çıxarıb yerinə daş qoyub, barmaqlarını kəsib ağzını doldurublar.
Azərbaycan əsgərləri onun işgəncəyə məruz qalan bədəninə Azərbaycan xüsusi təyinatlılarının adını, “Yaşma” yazıblar. Bütün çəkiliş prosesi Azərbaycan əsgərlərinin gülüşləri və zarafatları ilə müşayiət olunur.
Qadın hərbçilər təkcə erməni olduqlarına, hərbçi olduqlarına görə deyil, həm də erməni qadın olduqları üçün dəhşətli qəddarlıqla qətlə yetiriliblər.
Daha sonra sosial şəbəkələrdə yayılan dəhşətli videomuz oldu. Azərbaycan əsgərləri Ermənistanın suveren ərazisində bir qrup erməni hərbi əsirinə atəş açıb.
Bu cür vəhşiliklər Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən və ictimai həyatda özünü büruzə verən ardıcıl dövlətin ermənilərə nifrət siyasətinin nəticəsidir.
Bu baxımdan, Azərbaycanın təcavüzünün dayandırılması üçün müvafiq tədbirlər görməklə bu cür hərbi cinayətlərin qarşısının alınmasında beynəlxalq ictimaiyyətin mühüm rolunu xüsusi qeyd etmək istərdim” – deyərək deputat bildirib.







