Leyla və Arif Yunusun işi üzrə icraatı dayandırılıb

Bakı Apellyasiya Məhkəməsi çərşənbə axşamı hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə icraatı dayandırıb. Amma bu qərar onların cinayət təqibinə son qoymur. Bu barədə məlumatı “Turan” informasiya agentliyi yaydı.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2015-ci ilin yayında iqtisadi cinayətlər və vətənə xəyanət ittihamı ilə həbs edilib.
2015-ci il avqustun 13-də Leyla Yunus 8,5 il müddətinə azadlıqdan məhrum edilib, Arif Yunus isə 7 il həbs cəzası alıb. Hüquq müdafiəçiləri ittihamları təkzib ediblər, işin siyasi xarakterli olduğunu bildiriblər.
Beynəlxalq təşkilatların etirazlarından sonra 2015-ci il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Yunuslar barəsində hökmü yüngülləşdirib, həbs cəzasını hər biri barəsində beş il şərti cəza ilə əvəz edib.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, iş üzrə icraata xitam verilməsinə baxmayaraq, Yunus cütlüyünün cinayət təqibinə xitam verilməyib.







