
Noyabrın 23-də Yerevanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. KTMT ölkələrinin liderlərinin, o cümlədən Lukaşenko və Putinin Yerevana gələcəyi gözlənilir. Nə Rusiya Federasiyası, nə də KTMT Azərbaycanın iki ay əvvəl baş vermiş təcavüzünü pisləməyib, Azərbaycanı Ermənistan ərazisindən çəkilməyə çağırmayıb.
Bunu Ermənistan Respublikasının Parlamentinin deputatı Geğan Nazaryan qeyd etdi.
O vurğualdı ki, onların tələbləri və qiymətləndirmələri, o cümlədən Rusiya Federasiyasına və KTMT-yə ünvanlanan çağırışlar aydındır.
“Azərbaycanın təcavüzü açıq şəkildə pislənilməli, kimin günahkar olduğu açıq şəkildə bildirilməlidir, yəni Azərbaycanın təxribata, təcavüzə əl atdığı pislənməlidi. Ən əsası isə KTMT üzvü Ermənistanı öz səlahiyyətləri çərçivəsində müdafiə etməyə borclu olduğu açıq şəkildə bildirilməlidir”,- Nazaryan qeyd etdi.







