
Nilakşi Saha Sinha Hindistanın Ermənistandakı növbəti səfiri təyin edilib. Bunu “Hindistan-Ermənistan Dostluğu” ictimai təşkilatının sədri Ranancay Anand deyib.
“Twitter”dəki mikrobloqunda o, xüsusilə yazıb:
“Xanım Nilakşi Saha Sinha Hindistanın Ermənistan Respublikasına növbəti səfiri təyin edilib. Xanım Nilakşi tez-tez baş nazir Modi ilə yanaşı dünya liderləri ilə ünsiyyət qurarkən onun tərcüməçisi kimi görünür. Ermənistan Hindistanın geosiyasi prioritetləri siyahısında mütləq birinci yerdədir!”







