BaşlıcaSiyasət

Səfir: “Tezliklə İranda Ermənistanın Baş Konsulluğu açılacaq”

Tezliklə İranda Ermənistanın baş konsulluğu açılacaq. Bu haqda İranın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri, fevralın 9-da “Ermənistan-İran münasibətləri ümumi maraqlar kontekstində” mövzusunda müzakirələri zamanı deyib.

Qeyd edək ki, söhbət Təbrizdə diplomatik nümayəndəliyin açılması planlarından gedir.

O, ekspertlər səviyyəsində qaldırılan məsələlərin tələblərə çevrilməli və hər iki ölkənin və xalqların mənafeyi naminə gündəm formalaşdırılmalı olduğuna inandığını bildirdi.

“İki ölkənin liderləri hadisələrin inkişafını diqqətlə izləyirlər. Hər iki ölkənin xüsusi gündəliyi olmalıdır. Biz qonşu olmuşuq vəqonşu da qalacağıq”- deyərək səfir qeyd edib.

O, İranın Kəpən şəhərində baş konsulluğunun açılmasını nümunəvi addım hesab edib.

Xatırladaq ki, İranın Kapan şəhərindəki Baş Konsulluğu Azərbaycanın Ermənistana qarşı sentyabr təcavüzündən sonra, 2022-ci ilin oktyabrında açılıb.

Daha çox göstər
Back to top button