
Rusiya tərəflərin onlar üçün məqbul variantları necə görməsindən asılıdır. Rusiya da öz növbəsində bu razılaşmanın təmin olunmasına yardım etməyə hazırdır.
Eyni zamanda, Dağlıq Qarabağın taleyinin necə olacağı, Dağlıq Qarabağ ermənilərinin taleyinin necə formalaşacağı Rusiyanı çox maraqlandırır.
Bu haqda “Sputnik Armeniya”ya müsahibəsində Rusiyanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistan əhalisinin orada özlərini rahat və təhlükəsiz hiss etməsini çox vacib sayır.
“Bu, orada yerləşdirilən sülhməramlı kontingentin əsas məqsədidir”- deyərək o, aydınlaşdırıb.
Kopirkinin fikrincə, sülh o zaman davam edə bilər ki, münaqişə tərəfləri sülh sazişinə əsaslanan qətnaməni ədalətli qəbul etsinlər.
Onun sözlərinə görə, Rusiyanın mövqeyi ilk növbədə ona əsaslanır ki, razılaşmaların əldə olunması ilk növbədə tərəflərin üzərinə düşür.
“Rusiya heç kəsi məcbur etməyəcək, Prezidentimiz də bu barədə danışdı. Biz mövqeyimizi bildirdik və Prezident bu barədə, o cümlədən 2020-ci ilin noyabrında statusubarədə də danışıb.
Bu, hər iki tərəfin həllini tələb edən məsələdir. Rusiya buna diqqət yetirdi: keçmiş sovet respublikaları Alma-Ata Bəyannaməsinin sərhədlərini və ərazi bütövlüyünü tanıyan Praqa Bəyannaməsi Sergey Viktoroviçin (Rusiya Xarici işlər naziri – red.) Dağlıq Qarabağ məsələsi ilə bağlı şərhlərində yer alıb” – deyərək səfir vurğulayıbdır.







