
Baş nazir Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsi zamanı Azərbaycan prezidenti İlham Əliyevin səsləndirdiyi bir sıra yalan bəyanatlara cavab verib.
Alınan məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ATƏT-in Baş katibi Helqa Şmidtin Münhendə keçirilən beynəlxalq konfrans çərçivəsində Cənubi Qafqazın təhlükəsizliyinə dair müzakirələr aparılıb.
İ.Əliyevin “Azərbaycanda Dağlıq Qarabağ konsepsiyası yoxdur və belə bir inzibati ərazi vahidi yoxdur” ifadəsinə cavab verən Paşinyan vurğulayıb ki, Dağlıq Qarabağ var, Laçın dəhlizi də var, ona görə də açıq olmalıdır.
Məhz, 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq bu sənədi Azərbaycan prezidenti İlham Əliyev də imzalayıb.
“Həmin sənəddə Azərbaycan prezidentinin imzası var. Həmin sənəddə də yazılıb ki, Laçın dəhlizi açıq qalmalı və Azərbaycanın nəzarətindən kənarda olmalıdır.
Bilirsiniz, bu yaxınlarda bir neçə erməni uşaqları avtobusla Laçın dəhlizini keçməyə cəhd ediblər. Lakin onlar saxlanıldı və bir neçə maskalı azərbaycanlı avtobusa daxil oldu.Uşaqlar qorxdular və bu, ermənilərin Laçın dəhlizindən keçməyə son cəhdi oldu” – deyərək Paşinyan qeyd edib.
Paşinyan Əliyevin ermənilərin məscidləri dağıtması ilə bağlı açıqlamasını əsassız sayıb.
“2017-ci ildə Azərbaycanda onların yerində başqa tikililər tikməküçün bir çox məscidlər dağıdılıb.Sovet hakimiyyəti illərində Azərbaycanda 1500-dən çox məscid dağıdılıb və Dağlıq Qarabağ erməniləri sovet dövründəki borcları ödəməməlidirlər.
Bu, çox narahatedici hekayədir, çünki mən qorxuram ki, Azərbaycan bütün bu vəziyyətə dini kontekst vermək istəyir.Münaqişədə heç bir dini kontekst yoxdur.
Bizim Ermənistanda müsəlman azlığı və fəaliyyət göstərən məscidimiz var.Bu, reallıqdır” – deyərək Paşinyan vurğulayıb.
Baş nazirin sözlərinə görə, Azərbaycan prezidenti çıxışında “kapitulyasiya” sözünü vurğulayaraq təhqiramiz sözlər işlədib.
“Görünür, Azərbaycan qisas siyasətini qəbul edib və bəlkə də bu, Azərbaycanın siyasətidir. Qeyd olundu ki, bizim tariximiz çox mürəkkəbdir və bu, tarixi görüşdür, amma biz bundan hansı məqsədlə istifadə edirik: nifrət, aqressiv ritorika, yoxsa?
Vəziyyəti yaxşılaşdırmaq naminə bu platformadan istifadə etmək istəyirikmi? Biz inanırıq ki, bu platformadan konstruktiv məqsədlər üçün istifadə etməliyik.
Mən fəxr edirəm ki, hökumətimiz hətta dağıdıcı müharibədən sonra da azad və rəqabətli seçkilər keçirdi.Həll yolu demokratiya, şəffaflıq, dialoq və regionumuzun bütün ölkələrinə qarşı hörmətdir” – deyərək Paşinyan yekunlaşdırıb







