
ER Müdafiə naziri Suren Papikyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində fevralın 20-də “IDEX AND NAVDEX 2023” sərgisinin rəsmi açılış mərasimində iştirak edib.
Daha sonra Müdafiə naziri sərgidə təmsil olunan şirkətlərin sərgi stendlərini gəzib.
Ermənistan Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Suren Papikyan hərbi sənayenin bir sıra ən yeni modelləri ilə tanış olub, iri hərbi sənaye şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib və bir sıra məsələləri müzakirə edib ki, o da hərbi əməkdaşlıqla bağlıdır.
Səfəri zamanı nazir Papikyan Ermənistan pavilyonuna da baş çəkib.







