
Avropa Parlamentinin fransalı deputatları, Avropa Şurasında Artsaxla dostluq qrupunun həmsədrləri Silvi Guillaume və Fransua Alphonse, o cümlədən macar parlamentari, Artsax ilə dostluq qrupunun üzvü Attila Ara-Kovaç fevralın 21-də Erməni SoyqırımıMemoryalına ziyarət ediblər.
EİD Hay Dat-ın Avropa idarəsi üzrə rəhbəri Qaspar
Karapetyanı, həmin idarənin direktoru Heğine Evinyan və Hay Dat Mərkəzi aparatının xüsusi proqramlar üzrə rəhbəri Gevorq Ğukasyan müşayiət edib.

Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Harutyun Marutyan qonaqları salamlayaraq, memorial kompleksin yaranma tarixini təqdim edib.
O, həmçinin ötən əsrin sonlarında Sumqayıt, Kirovabad (Qandzak), Bakı şəhərlərində Azərbaycan hökumətinin təşkil etdiyi qırğınlarda həlak olan ermənilərin xatirəsinə Tsitsernakaberd ərazisində ucaldılmış üç Xaçkardan və hadisələrdən danışıb.

Artsax müharibəsi zamanı Xatirə löhvəsi qarşısında dəfn edilmiş beş azadlıq döyüşçüsündən, baş verənlərlə Erməni Soyqırımı arasında olan əlaqəni vurğulayıb.
Qonaqlar Erməni Soyqırımı Muzeyinə də baxış keçirmiş, burada baş bələdçi Hasmik Martirosyanın müşayiəti ilə daimi və müvəqqəti sərgilərlə tanış olmuş, daha sonra Fəxri qonaqların xatirə kitabına qeydlər etmişlər.

Səfərə görə təşəkkürünü bildirən “Erməni Soyqırımı” Muzeyinin direktoru Harutyun Marutyan nümayəndə heyətinin üzvlərinə “Erməni Soyqırımı” haqqında kitablar hədiyyə edib.








