
Fransanın keçmiş Baş naziri, Le Havre şəhərinin meri Eduard Filip Azərbaycanın Laçın dəhlizinin blokadaya alınmasını qanunsuz hesab edir və Azərbaycanın Ermənistanın suveren ərazilərini işğal etməsi münasibəti ilə Ermənistanın ərazi bütövlüyünün müzakirə oluna bilməyəcəyini və qorunmalı olduğunu vurğulayır.
Eduard Filip bu haqda Ermənistana səfəri zamanı jurnalistlə söhbətində qeyd edib.
Eduard Filip vurğulayıb ki, bütün hərbi əsirlər vətənə qaytarılmalı, itkin düşənlərin taleyinə aydınlıq gətirilməlidir.
O, rayonun mədəniyyət irsinin tam şəkildə qorunub saxlanılmasını zəruri hesab etmişdir.







