
Azərbaycan fevralın 28-də və martın 1-də Artsax Respublikasının Martuni rayonunda kənd təsərrüfatı işləri aparan vətəndaşlar istiqamətində atəş açıb.
Aldığımız məlumaa görə, bu haqda Artsax Daxili İşlər nazirliyinin polisi öz Facebook səhifəsində məlumatlandırıb.
“Fevralın 28-də saat 16:55 radələrində Martunu rayonunun Murışen kəndindən 53 yaşlı A. Avanesyan “Jonder” markalı traktorla kənd təsərrüfatı işləri apararkən “Asfalten tak” adlanan məhəllədə Berdaşen kənd inzibati ərazi dairəsi üzrə traktora düşmənin döyüş mövqelərindən müxtəlif çaplı atıcı silahlardan atəş açılıb, nəticədə kənd təsərrüfatı işləri dayandırılıb.
Azərbaycan bu gün də atəşkəs rejimini pozub.
Martın 1-də saat 14:00 radələrində Berdaşen icmasının 59 yaşlı S. Vardanyan özünə məxsus “Belarus” markalı traktoru ilə “Davala” adlanan ərazidə kənd təsərrüfatı işləri apararkən qonşu Azərbaycan ordusunun mövqelərindən traktora atəş açılıb və bu da kənd təsərrüfatı işlərinin dayanmasına səbəb olub.
Materiallar hazırlanaraq Martuni rayon polis idarəsində Rusiya sülhməramlı qoşunlarına təqdim edilib” – deyərək məlumatda qeyd olunub.







