BaşlıcaBeynəlxalq

Şolts: “DQ  vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından da sülh yolu ilə nəticəyə gəlmək lazımdır”

Almaniya Ermənistan və Azərbaycan sərhədində qeyri-sabit humanitar vəziyyətdən və Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən narahatdır.

Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququ baxımından sülh yolu ilə nəticəyə gəlməyə önəm verir.

Bu barədə Almaniya kansleri Olaf Şolts martın 2-də Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında bildirib.

Şolts Ermənistan və Azərbaycanın uzunmüddətli həll yoluna addım-addım getdiyini də vurğulayıb. ER Baş naziri Şoltsa Dağlıq Qarabağda baş verən son hadisələri təqdim edib.

“Status-kvo davam edə bilməz və xalqın mənafeyi naminə uzunmüddətli həll yolu tapılmalıdır. Bu baxımdan Ermənistan və Azərbaycanın ərazi bütövlüyü nöqteyi-nəzərindən sülh yolu ilə həllə və  eləcə də DQ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququna nail olmaq lazımdır”- deyə kansler bildirib.

Almaniya Avropa Şurasının sədri Çarlz Mişelin vasitəçilik səylərini dəstəkləyir. Şolts vurğuladı ki, Almaniya bu haqda AB-nin mülki missiyasının bir hissəsi kimi alman personalını da göndərməklə edib. Üstəlik, həmin missiyaya Almaniyanın Federal polisi rəhbərlik edəcək.

Şolts Praqa və Münhendə Paşinyanla Əliyev arasında fikir mübadiləsinin aparılmasını münaqişənin həlli üçün ümidverici addım kimi qiymətləndirib.

Daha çox göstər
Back to top button