
Yeni Dehlidə olan ER Xarici işlər naziri Ararat Mirzoyan martın 4-də “Raisina dialoqu” konfransı çərçivəsində Hindistanın Xarici işlər naziri Subramanyam Caişankar ilə görüşüb.
Həmsöhbətlər Ermənistan və Hindistan arasında siyasi dialoqun dərinləşməsi dinamikasından məmnunluq ifadə edərək, bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif platformalarda müntəzəm təmasların rolunu vurğulayıblar.
Ermənistan və Hindistanın Xişlər nazirləri ticarət-iqtisadi əməkdaşlığın və işgüzar əlaqələrin aktivləşdirilməsi, yüksək texnologiyalar, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin inkişafına istinad edərək, bir sıra sektoral istiqamətlər üzrə ikitərəfli gündəliyin məsələlərini müzakirə ediblər.
Parlament əməkdaşlığının aktivləşdirilməsinin, eləcə də iki ölkə arasında beynəlxalq çoxtərəfli formatlarda əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Ararat Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində baş verən son hadisələri təqdim edib.
Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana istinad edilib.
Bu kontekstdə Azərbaycana qarşı fövqəladə tədbirlərin tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarının icrası istiqamətində mümkün mexanizmlərin işə salınmasının zəruriliyi də vurğulanıb.







