Başlıcaİctimaiyyət

Bakı Dövlət Sirkinin yaxınlığında atışma olub, xəsarət alanlar var

Bakı Dövlət Sirkinin yaxınlığında atışma olub.  Bu barədə Azərbaycan KİV məlumat yayıb.

Bildirilir ki, insident nəticəsində 3 nəfər xəsarət alıb. Əldə edilmiş məlumata görə, xəsarət alanlardan biri tələbədir. Hadisə yerinə polis əməkdaşları, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətindən məlumat verilib ki, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Daha çox göstər
Back to top button