BaşlıcaSiyasət

Söhbət xarici təhriklə daxili intriqalardan gedir: Papikyan beşinci kolon barədə

Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə zamanı beşinci kolonun fəaliyyəti ilə bağlı bəyanatlarına istinad edərək deyib: “Mən liderlər haqqında danışa bilmərəm, amma gündəlik dezinformasiya, yanlış məlumatların verilməsi, o cümlədən bəzən düşmənin xeyrinə dərc olunan məlumatlar, başqa ölkədən yönəldilməyibsə, məqsəd nədir? Hansı ölkə olursa olsun.

Bununla bağlı hələ də ibtidai istintaq və istintaq hərəkətləri mərhələsi davam etdirilir. Müvafiq qurumlar qiymət verəndə, məhkəmənin qərarları olanda ordunu daxildən zəiflədən bu adamların kim olduğu hamımıza aydın olacaq”.

Papikyanın fikrincə, daxildən zəifləmə o demək deyil ki, o insanlar yalnız daxildən hərəkət ediblər. “Söhbət xaricə təhriklə daxili intriqalardan gedir”.

Daha çox göstər
Back to top button